Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünəxidmət kassaları nə qədər effektivdir ?

12.07.2024 [15:23]

Bir çox xarici ölkələrin alış-veriş mərkəzlərində geniş yayılan özünə xidmət aparatları artıq ölkəmizdə də tətbiq edilməyə başlayıb. Belə ki, bu aparatlar vasitəsilə siz marketdə alacağınız məhsulu kassirsiz və növbə gözləmədən özünüz kassaya qeyd edərək ödənişini edə bilərsiniz. Sosioloq Üzeyir Cəfərovun sözlərinə görə, cəmiyyətimiz qlobal miqyasda bütün yeniliklərə açıqıdır. Bu səbəbdən özünəxidmət kassalarından da istifadə çətin olmayacaq.