Azərbaycan Dövlət İnformasiya Agentliyi

Miкayıl Müşfiq küçəsində təmir işləri davam etdirilir

12.07.2024 [16:52]

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir. Artıq sözügedən küçənin İsmayıl bəy Qutqaşınlı  küçəsindən Mətbuat prospektinədək olan issəsi üzrə frezlənmə işləri aparılıb, hazırda bu hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetiriləcək.