Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 il öncə itkin düşən ana və övladının nəşinin qalıqları Saatlıda dəfn olunub

12.07.2024 [17:06]

Xəbərin mətni

Otuz bir il öncə törədilən erməni vəhşilikləri zamanı Saatlıdan olan bir ailənin beş üzvü itkin düşüb. İllər sonra onlardan iki nəfərinin - 1936-cı il təvəllüdlü Rəhimova Səfiyyə Müləzim qızı və övladı 1963-cü il təvəllüdlü Rəhimov Müsaddin Sədri oğlunun nəşlərinin qalıqları azad olunmuş Füzuli rayonunun ərazisində aşkarlanıb və şəxsiyyətləri dəqiqləşdirilib. Ana və övladın nəşlərinin qalıqları ata-baba yurdu Saatlıda torpağa tapşırılıb.