Şəhid Muğan Əliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb
12.07.2024 [17:17]
Xəbərin mətni
Əliyev Muğan Gəray oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Füzuli rayonunun Çimən və Cuvarlı kəndləri uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin nəşinin qalıqları Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli şəhərində torpağa tapşırılıb.