Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışov Qubada dəfn olunub

12.07.2024 [17:36]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışovun cəsədinin qalıqları iyulun 12-də Qubada dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü ilin aprel ayında Kəlbəcərdə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü itkin düşmüş sayılırdı. Onun nəşinin qalıqları Vətən müharibəsində düşməndən azad edilən Kəlbəcərdə tapılıb və ölümündən 31 il sonra doğma yurdunda torpağa tapşırılıb.