Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyul döyüşlərindən 4 il ötür: artilleriya atəşinə tutulan Dondar Quşçu kəndindən REPORTAJ

12.07.2024 [17:40]

Xəbərin mətni

İyul döyüşlərindən dörd il ötür. 2020-ci il iyulun 12-də dövlət sərhədinin Tovuz istiqamətində təxribat törədən düşmən ordumuzla bacarmayacağını görüb, dinc əhalini, mülki evləri, tikililəri hədəf aldı. Döyüşlərin davam etdiyi beş gün ərzində Tovuzun bir neçə yaşayış məntəqəsi, infrastruktur obyektləri ağır artilleriya atəşinə tutuldu. Düşmən bununla əhalini qorxuya salmaq istəyirdi. Amma istəyinə nail ola bilmədi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək, onun mənfur niyyətinin qarşısını aldı.

BÖLMƏNİN DİGƏR VİDEOLARI