CƏMİYYƏT
Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim olunub
13.07.2024 [11:32]
Xəbərin mətni
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim edilib. O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, mükafatın təqdimatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində keçirilib.