Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün təlim keçirib

13.07.2024 [15:11]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında əməkdaşlar üçün təlim keçirilib. Təlimin praktiki hissəsində təcridxana ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, təcridxanadakı şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetirib.