Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə avtomobil piyadanı vurub

13.07.2024 [15:36]

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ağsu - Kürdəmir avtomobil yolunda, rayonun Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə yolu keçmək istəyən piyada Kürdəmir rayon Şıxımlı kənd sakini 1952-ci il təvəllüdlü Əhmədağa İbrahimovu maşın vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.