CƏMİYYƏT
Sahildən tullantıları toplayıb əl işi yaratdılar
13.07.2024 [16:37]
Xəbərin mətni
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Zirə qəsəbəsi ərazisində təmizlik aksiyası keçirilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), diplomatik korpusun, səfirliklərin nümayəndələri, 30-a yaxın könüllü iştirak edib. Ümumrespublika Təmizlik Marafonu "Təmiz ölkəm" devizi altında hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edir. Zirə qəsəbəsində keçirilən aksiyada 1,5 hektar ərazidən 500 kiloqrama yaxın məişət tullantıları toplanıb.