Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin axtarışları davam edir
15.07.2024 [13:21]
Xəbər verildiyi kimi, ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.