Qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilən 19 litr həcmində 13 kiloqram maye formasında metamfetamin polislər tərəfindən aşkar edilib
15.07.2024 [16:28]
Xəbərin mətni
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən tranzit yükdaşıma fəaliyyəti ilə məşğul olan Sahil Cabbarov və əvvəllər məhkum olunmuş Səfadar Ağazadə tutulublar.