Tovuzda yol nəqliyyat hadisəsi baş verib
15.07.2024 [17:31]
Tovuz şəhəri ərazisində yol qəzası baş verib. Hadisə şəhərin Fariz Ələkbərov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini Hüseyin Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil rayonun Ağdam sakini Allahverdi Qasımova məxsus "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub və avtomobillər hadisə yerindən evakuasiya olunaraq, yolda nəqliyyatın hərəkəti bərpa edilib. Qəza zamanı sürücülər xəsarət almasalar da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.