DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib
16.07.2024 [16:58]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib. Tədbirlər zamanı əməliyyat yolu ilə saxlanılan 8 nəfərdən 5 avtomat, 2 tapança, 1 lüləsi-qundağı kəsilmiş “Toz-8” tüfəngi və 170 ədəd patron aşkarlanıb.