Yeni növ elektron radarlar işə başlayıb
16.07.2024 [19:34]
Bir müddət əvvəl Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində bu yeni növ elektron radarların quraşdırılması ilə bağlı xəbər vermişdik. Artıq bu radarlar işə salınıb. Belə ki, elektron lövhələrdə sürücünün hazırkı sürət həddi, eyni zamanda yola təyin edilmiş sürət limiti və nəqliyat vasitəsinin qeydiyyat nişanı əks olunur. Əgər sürücülər təyin edilmiş sürət limitini aşarsa, bu zaman bu qayda pozuntusu kimi əks olunur və lövhələrdə göstərilir.