CƏMİYYƏT
Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib
17.07.2024 [18:12]
Xəbərin mətni
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Gəncə şəhərində seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda MSK-nın üzvləri Fuad Cavadov və İlkin Şahbazov çıxış ediblər.
Fuad Cavadov seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, həmçinin şikayətlərin araşdırılması prinsipləri barədə məlumat verib.