Evdə keçirilən ziyafətdə 21 nəfər zəhərlənib
17.07.2024 [18:37]
Şamaxıda 21 nəfər zəhərlənib. Hadisə ötən gecə, rayonunun Məlikçobanlı kəndində həyətyanı sahədə təşkil olunan ziyafət mərasimində baş verib. İlkin ehtimallara görə zəhərlənməyə ev şəraitində hazırlanan tort səbəb olub. Zəhərlənən şəxlərlə bağlı TƏBİB-dən bildirilib ki, 5- i azyaşlı olmaqla 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlara zəruri tibbi yardım göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır.