Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Birinci Qarabağ müharibəsi şəhidi Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

18.07.2024 [13:38]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Qurbanov Aydın Əsədulla oğlu iyulun 18-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Vətənin azadlığı uğrunda mübarizədə canından keçən Aydın Qurbanovun xatirəsi xalqımızın qəlbində yaşayacaq.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Tədbirdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.