Şəhid Akif Abbasovun nəşinin qalıqları Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb
18.07.2024 [15:06]
Xəbərin mətni
Birinci Qarabağ Müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun nəşinin qalıqları Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.