Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naxçıvanda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib

18.07.2024 [16:10]

Xəbərin mətni

Naxçıvan "ASAN xidmət" mərkəzində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsiplərindən danışıb.