Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi çağırışçıların yekun tibbi müayinəsi davam edir

18.07.2024 [17:39]

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində  hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi davam edir.  Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriyadan olan çağırışçıların yekun tibbi müayinəsi aparılır. Daha sonra yekun nəticələr elektron formada Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə göndərilir.