Azərbaycan Dövlət İnformasiya Agentliyi

30 ildən sonra nəşi tapılan şəhid Zahid Nağıyev Ağdamda torpağa tapşırılıb

18.07.2024 [18:09]

Xəbərin mətni

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Zahid Nağıyevin nəşi ailəsinin yaşadığı Evoğlu kəndinə gətirilib. Şəhidlə vida mərasimi Qaradağlı kənd məzarlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.