RƏSMİ
Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
18.07.2024 [20:44]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olundu.
Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakter daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirdi. Qeyd etdi ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.