Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sığorta vasitəçiləri vətəndaşlara SMS göndərir

18.07.2024 [20:54]

Bir halda ki, vətəndaşın sms göndərən şəxs və ya şirkətlə heç bir sığorta yoxdur, o zaman şəxsi məlumatlar necə əldə edilir? Kibertəhlükəsizlik üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə bunun bir neçə yolu var. Məsələ ilə bağlı Azərbaycan sığortaçılar assosasiyasına müraciət etdik. Qurumdan bildirildi ki, sığorta vasitəçiləri sərbəst fəaliyyət göstərir və əksər hallarda həmin şəxslər vaxtilə hansısa sığorta şirkətinin əməkdaşı olublar. Beləliklə müştərilərin məlumatlarını əldə ediblər.