Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Almaniyanın Kansleri Olaf Şolts ilə görüşüb
18.07.2024 [22:42]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin bu ilin aprelində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı məmnunluqla xatırlandı, bu çərçivədə Olaf Şolts ilə keçirilmiş görüş və müzakirə olunan məsələlər bir daha vurğulandı.