Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ANAMA” sənədli filminin təqdimatı keçirilib

19.07.2024 [12:11]

Xəbərin mətni

İyulun 18-də Nizami Kino Mərkəzində “ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, film 2023-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.