Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Xırdalanda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

19.07.2024 [13:11]

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2021-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.