Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Peşə məktəblərinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılır

19.07.2024 [13:29]

Xəbərin mətni

İyulun 22-dən 2024-2025-ci tədris ili üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılır.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 19-da keçirilən brifinqdə deyib. O bildirib ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə iyulun 22-29-da portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.