Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib
19.07.2024 [16:46]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edib. Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.