Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
19.07.2024 [18:46]
İyulun 19-da Bakı Ekspo Mərkəzində dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin məqsədindən danışıb, müsabiqənin yarandığı gündən bu günə qədər hesabat təqdimatı ilə çıxış edib. Daha sonra “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri - iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış ediblər.