Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar Babayev: COP29 sədrliyi olaraq, regional fəaliyyətlərlə bağlı təşəbbüslər irəli sürmüşük

19.07.2024 [21:19]

Azərbaycan COP29-un örnək olması ilə bağlı öhdəlik götürüb. Biz sədrlik olaraq regional fəaliyyətləri həyata keçirmək üçün təşəbbüslər irəli sürmüşük. AZƏRTAC xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 19-da COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.