Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən 3 rayonda görülən işlər açıqlanıb

19.07.2024 [22:44]

Xəbərin mətni

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin yaranma günü və mətbuat günü ərəfəsində yerli jurnalistlər üçün mediatur təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqsəd xidmətin fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazilərində mövcud olan tikinti layihələri ilə tanışlıqdan ibarət olub. Ona yaxın medianı təmsil edən jurnalistlər üçün Ağalıda keçirilən birifinqdə hər üç rayonda görülən işlərlə bağlı suallar cavablandırılıb.