II ixtisas qrupu üzrə 700 bal toplayan Şəbnəm Novruzova danışdı
20.07.2024 [17:23]
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsini elan olundu. Onların arasında yalnız bir nəfər II ixtisas qrupu üzrə maksimum bal olan 700 balı toplayıb. O, Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Novruzovadır. İmtahanın birinci mərhələsində 300 bal 7 iyul keçirilən qəbul imtahanında isə bütün sualları doğru cavablayaraq 400 balı toplayıb.