Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naftalanda narkotik tərkibli çətənə kolu yetişdirən şəxslər saxlanılıblar

22.07.2024 [17:00]

Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları yetişdirən Hikmət Məmişov və Natiq Qocayev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, baxış zamanı onlardan aqrotexniki qaydada yetişdirdikləri 42 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir