Futbol klubunun prezidentdi çayda boğularaq öldü
22.07.2024 [18:41]
Ağdaşda iki nəfər çayda boğularaq ölüb.Hadisə gecə saatlarında rayonun Dəhnəxəlil kəndi ərazisində baş verib.İlkin məlumata görə rayon sakini 37 yaşlı Fərid Ağazadə Türyançayın Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində çimərkən boğulub.Onu xilas etməyə gələn yaxın qohumu 34 yaşlı Rəhman Əliyev də suda batıb. Qeyd edək ki, Rəhman Əliyev Ağdaş Futbol Klubunun prezidenti olub.