CƏMİYYƏT
149 İllik milli mətbuat tariximizin keçdiyi şərəfli yol
22.07.2024 [20:16]
Adətən torpağa toxumu payızda səpirlər. Obrazlı yanaşsaq, Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-si isti bir yay günündə milli mətbuatmızın ilk toxumunu səpdi. Bununla da şərəfli və məşəqqətli tarixin başlanğıcını qoydu. Bu yola çıxmaq isə asan deyildi. Heç bir nümunə olmadan yaradılan “Əkinçi” qəzetinin cəmi 56 sayı işıq üzü görə bildi. 149 il əvvəlbaşlanan missiya artıq 150-ci yaşına qədəm qoyur. Zərdabinin yandırdığı o “işıq” isə bu günümüzü aydınladır, sabahımıza ümid verir.