Ağdamın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir
22.07.2024 [21:59]
Xəbərin mətni
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş torpaqlarımıza həyat yenidən qayıdır. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir