Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə maşın qadını vuraraq öldürüb

23.07.2024 [11:48]

Balakəndə yaşlı qadını avtomobil vuraraq öldürüb.
Hadisə Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Ramil Mammədovun idarə etdiyi “KİA” markalı avtomobil ilə yolu keçən piyada, 69 yaşlı  Sürəyyə Murtuzəliyevanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sürayyə Murtuzəliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Sürəyyə Murtuzəliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.