CƏMİYYƏT
FHN Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün növbəti təlim keçirib
23.07.2024 [14:11]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı penitensiar kompleksində əməkdaşlar üçün təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd Penitensiar Xidmətin əməkdaşlarına fövqəladə hallar və yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.