Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minik avtomobilləri hansı hallarda avtobus zolağına daxil ola bilər?

23.07.2024 [19:17]

Paytaxt yollarında olan avtobus zolağı nişanlarının bəzilərində əlavə köməkçi lövhəciklər də var ki, burda müxtəlif rəqəmlər yazılır. Bəs maraqlıdır sürücülərimiz həmin rəqəmlər yazılan nişanın nə olduğunu bilirlərmi?  Bakı Şəhər Dövlət Yol Polisi idarəsininin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, minik avtomobilləri avtobus zolağına  müəyyən edilən bir sıra hallarda daxil ola bilərlər.