Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisə seçkilərlə əlaqədar MSK və Daxili İşlər Nazirliyinin birgə layihəsinə start verilib

24.07.2024 [14:03]

Xəbərin mətni

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb.

AZƏRTAC xəbər verir ki, ilk tədbir iyulun 24-də Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin də iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.

Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.