Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bərdə və Tərtərdə istismarına icazə verilən bir sıra obyektlərin çıxarışları sahibkarlara təqdim olunub

24.07.2024 [18:20]

Xəbərin mətni

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Artıq ölkə üzrə 791 bu cür qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fərmanın icrası çərçivəsində iyulun 24-də Bərdə və Tərtər rayonlarında da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.