Unun qiyməti ucuzlaşdı, təsirləri nə olacaq?
24.07.2024 [19:01]
Azərbaycanda ötən ayla müqayisədə unun topdan satış qiyməti 2 manata qədər ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumat yayıb. Açıqlamaya görə ölkəmizdə hazırda 50 kq-lıq unun topdan satış qiyməti 26-28 manat aralığında dəyişir. Kənd təsərrüfatı eksperti Akif Nəsirlinin sözlərinə görə unun qiymətinin ucuzlaşması maya dəyərinin aşağı düşməsiylə bağlıdır.