ELM VƏ TƏHSİL
Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidir?
24.07.2024 [19:57]
Artıq ixtisas seçiminə çox az vaxt qalıb. Son günlər isə sosial şəbəkələrdə tələb olmaq istəyənlər üçün müəyyən ödəniş qarşılığında ixtisas seçimi edən işbazlara rast gəlinir. Lakin hər il ali məktəblərə qəbul nəticəsi açıqlandıqdan sonra yüksək bal toplasa da, düzgün kodlaşdırmama səbəbindən onlarla abituriyentin tələbə adı qazanmadığının şahidi oluruq. Təhsil ekspertinin sözlərinə görə, son illər ixtisas seçimini qazanc yerinə çevirənlər var.