CƏMİYYƏT
İmişlidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub
24.07.2024 [20:43]
Xəbərin mətni
İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı “Mitsubishi” markalı minik avtomobili və “Ford” markalı yük maşını toqquşub, qəza nəticəsində yük maşını aşıb. Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər. Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər çıxarılıb.