Saymon Stil: Gənclərin səsi çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər
24.07.2024 [23:11]
Xəbərin mətni
“Gənclərin iqlim dəyişmələri ilə mübarizənin daha da fəallaşmasında rolu böyükdür. Mən iqlim böhranının qarşısının alınması səlahiyyətinə malik yeganə qlobal hökumətlərarası bir prosesi təmsil edirəm. Bu gün gördüyümüz işlər - bəzi ləng və çox mürəkkəb proseslər bütün dünyanın üzləşdiyi iqlim probleminin qarşısını almağa xidmət edir”. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.