CƏMİYYƏT
On üç ölkədən olan tanınmış səyyahların Qarabağa səfəri başlayıb
25.07.2024 [10:42]
Xəbərin mətni
Dünya miqyaslı dörd nəhəng səyyah klubundan birinin - “Most Traveled People” (MTP) səyahət klubunun rəhbəri də daxil olmaqla 35 nəfərlik geniş heyətin iyulun 25-də Qarabağa səfəri başlayıb. Klubun budəfəki səfəri üç gün davam edəcək. Heyətin Qarabağa səfəri Füzulidən başlayıb. Bu gün beynəlxalq səyahətçilər Xocavənddə, Şuşada, Xankəndidə və Ağdamda olacaq. Sabah isə onlar Şərqi Zəngəzura səfər edəcək. Səfərin sonuncu günündə isə heyət Zəngilanda və Cəbrayılda olacaq.