CƏMİYYƏT
Tovuzun kartof sahələrində məhsuldarlıq yüksəkdir - REPORTAJ
25.07.2024 [11:58]
Xəbərin mətni
Kartofçuluq üzrə ixtisaslaşmış rayon olan Tovuzda məhsulun kütləvi yığımı davam edir. Bu il kartof sahələrinin genişləndirilməsi ötən illə müqayisədə yüksək məhsuldarlığın əldə olunmasına gətirib çıxarıb. Havanın isti olmasına baxmayaraq, sahələrdən kartof yığımı günorta saatlarına qədər texnika və əl əməyindən istifadə edilməklə aparılır. Yığıma günəmuzd işçilər də cəlb olunur.
AZƏRTAC xəbər verir ki, prosesə rayonun aran hissəsindən başlanılıb. Fermerlər bir hektardan təxminən orta hesabla 25 - 30 tona qədər məhsul əldə edirlər. Dağlıq ərazidə isə bir müddətdən sonra kartof yığımına başlanacaq.