Hande Harmancı: Azərbaycanda epidemioloji nəzarət və profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir
25.07.2024 [13:40]
Xəbərin mətni
COVID-19-un Fransada yenidən yayılması xəbər verilir. Bu vəziyyət Azərbaycanda da potensial risklər yarada bilər, çünki beynəlxalq səfərlər və əlaqələr xəstəliyin sürətlə yayılmasına səbəb ola bilər. Buna görə də Azərbaycanda epidemioloji nəzarət və profilaktik tədbirlər ciddi formada görülür və görülməkdədir. Peyvəndləmə proqramları və xəstəliyin monitorinqi davam edir. Bu tədbirlər virusun Azərbaycanda yenidən yayılmasının qarşısını almaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə müsahibəsində bildirib.