Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT nümayəndəsi: Azərbaycan beynəlxalq səviyyədə Vahid Sağlamlıq yanaşmasının tətbiqi sahəsində güclü liderlik iddiasını davam etdirir

25.07.2024 [15:09]

Xəbərin mətni

Azərbaycan Vahid sağlamlığın tətbiqi sahəsinə çox böyük maraq göstərir və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” simpoziumunun həyata keçirilməsi də məhz bu marağın bariz nümunəsidir. Vahid Sağlamlıq yanaşması, insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəli olduğunu nəzərə alaraq, bu üç sahə arasında əməkdaşlığı və koordinasiyanı təşviq edir. Bakıda keçiriləcək COP29 tədbiri üçün hazırlıqlar çərçivəsində təşkil edilən bugünkü simpozium bu konseptin Azərbaycanda tətbiqi üçün əhəmiyyətli bir addımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva jurnalistlərə açıqlamasında söyləyib.